İQTİSADİYYAT


Cari ildə tikinti-quraşdırma işlərinə 7,2 milyard manatdan çox vəsait sərf edilib

Bakı, 16 noyabr, AZƏRTAC 

Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 281,6 milyon manatı və ya 63,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3 faiz, büdcə vəsaitləri 24,1 faiz, bank kreditləri 6,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, digər vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7 faiz təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.