ELM VƏ TƏHSİL
Cəbhəyanı bölgələrdə onlayn tədris bərpa olunacaq
Bakı, 13 noyabr, AZƏRTAC
Cəbhəyanı bölgələrdə bir həftə ərzində onlayn tədris bərpa olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirədə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov deyib. O qeyd edib ki, hərbi vəziyyətlə əlaqədar ölkə üzrə internetə çıxışa məhdudiyyət aradan qaldırılsa da, cəbhəyanı 7 bölgədə bu məhdudiyyət qalır. Bu ərazilərdə internet provayderlər və mobil operatorlar öz fəaliyyətlərini tədricən bərpa edirlər. Növbəti həftədə cəbhəyanı bölgələrin şagirdləri üçün də onlayn tədris bərpa olunacaq.
Xatırladaq ki, “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Təməl” proqramında aparılır.