REGİONLAR


Cəlilabadda son 14 ildə 30-dan çox məktəb binası tikilib

Cəlilabad, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

1980-2003-cü illərdə Cəlilabad rayonunda cəmi 8 məktəb binası inşa olunmuşdusa, 2004-cü ildən bəri rayonda 30-dan çox yeni məktəb binası tikilərək istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Cəlilabadın təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.

Təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində rayonun Abazallı, Kürdlər, Mirzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəb binalarının inşası başa çatdırılıb.

Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli, Qarağac, Lallar, Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərində isə modul tipli daha 10 məktəbin tikilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.