REGİONLAR


Cəlilabadda yazlıq kartof əkininə başlanılıb

Cəlilabad, 10 yanvar, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda kartofçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları əkin zamanı daha çox xaricdən gətirilmiş kartof növlərinə üstünlük verirlər.

Hazırda sahələrdə Rusiyadan gətirilmiş “Razara” kartof növü əkilir. Bu kartof növü tez yetişməsi ilə yanaşı, yüksək məhsuldarlığı ilə də seçilir.

Kartof sahələrindən yüksək məhsul götürmək üçün əkindən əvvəl torpağa mineral gübrələrin verilməsi, aqrotexniki qaydalara düzgün riayət olunması mühüm amillərdəndir.

Yazlıq kartofun qış aylarında şaxtanın təsirindən qorunması məqsədilə toxumlar 10-15 santimetr dərinlikdə basdırılır. Əks halda şaxta məhsuldarlığa ciddi təsir edə bilər.

May ayında yığımına başlanılacaq kartof məhsulu yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.