REGİONLAR


Cəlilabadda yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb VİDEO

Cəlilabad, 11 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Alar kənd sakini Afəddin Mirzəyevin həyətyanı torpaq sahəsində təsərrüfat quyusu qazılarkən yerin iki metr dərinliyindən yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni maddi mədəniyyət nümunələri əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir. Tapıntılar arasında təsərrüfat kürəsinin olması ərazidə bir vaxtlar sənətkarlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.

XI-XII əsrlərə aid olduğu ehtimal olunan belə kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib. Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir.

Tarixçi Ələsgər Mirzəzadə yeni tapıntıların orta əsrlərdə dulusçuluq sənətinin inkişafından xəbər verdiyini bildirib: “Qazılan yerdə yanıq izləri və kül görünür. Ətrafında qum dənələri, qum külü var. Çox güman ki, bu qum külü saxsı qaba qatmaq və onu möhkəmləndirmək üçün istifadə olunub.”

Mütəxəssislərin fikrincə, tapıntıların araşdırılması orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər. Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı yeni mədəniyyət nümunələri haqqında danışarkən deyib: “Ola bilsin ki, vaxtilə bu ərazidə saxsı qablar hazırlanıb və ya İslamaqədərki dəfn mərasimləri təşkil olunub. Hər halda, bu cür tapıntıların araşdırılması yeni məlumatların əldə olunması baxımından da vacibdir.”

Qeyd edək ki, yeni tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.