REGİONLAR


Cəlilabadın Göytəpə-Komanlı yolu yenidən qurulur

Cəlilabad, 23 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunda 8 mindən çox əhalinin yaşadığı və 4 kəndi birləşdirən Göytəpə-Komanlı yolu yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, 5,7 kilometr uzunluğunda olan yolun bir hissəsində işlər tamamlanıb. Artıq yola asfalt döşənməsinə başlanılıb. 46 nömrəli Cəlilabad Yol İstismar İdarəsi tərəfindən yolun 2,5 kilometrində asfalt örtüyü tam bərpa olunub, yerdə qalan 3,4 kilometrində asfalt örtüyünün çəkilməsi davam etdirilir.

Göytəpə-Komanlı yolu avqustun sonuna qədər sakinlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.