Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Müdafiə Nazirliyinin qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci il iyulun 23-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu “Xüsusi Orta internat-məktəb yaradılması haqqında” qərar qəbul edib və həmin qərara əsasən Azərbaycan SSR Maarif Nazirliyi və Respublika Hərbi Komissarlığının hərbi məktəblərə daxil olmaq üçün kontingent hazırlamaq məqsədilə Bakı şəhərinin Zığ qəsəbəsindəki 2 nömrəli 8 illik internat-məktəbi təkmilləşdirmək haqqında təklifi bəyənib.

Həmin qərara əsasən hər il internat-məktəbin iki 5-ci sinfinə 70 nəfər şagird qəbul edilməsi, xüsusi məktəb haqqında müzakirənin aparılması, onun maliyyə təminatı və şagirdlərin pulsuz təhsil alması məsələsinin həlli, 3 ay müddətində xüsusi internat-məktəb haqqında Əsasnamə hazırlanması və təsdiqi Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan SSR Maarif Nazirliyi, Respublika Hərbi Komissarlığı və Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə tapşırılıb.

Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 15 noyabr tarixli 311 nömrəli Sərəncamına əsasən Azərbaycan SSR Maarif Nazirliyinə 1971-1972 tədris ilində 2 nömrəli səkkizillik internat-məktəbin bazasında hərbi məktəblərə daxil olmaq üçün kontingent hazırlayan, hər il iki 5-ci sinfə 70 nəfər qəbul etməklə orta internat-məktəb təşkil etməyə, eləcə də məktəbin ştatına fəaliyyətdə olan adi tipli internat-məktəblərin ştatından fərqli olaraq, Əsasnaməyə uyğun 4 əlavə vəzifə daxil etməyə icazə verilib, xüsusi internat-məktəb şagirdlərinin bütün təhsil müddəti ərzində tam dövlət təminatında olacaqları müəyyən edilib.

Ulu öndər Heydər Əliyev 1971-ci ilin noyabrında internat-məktəbə bayraq təqdim edərək, analoqu olmayan ixtisaslaşdırılmış hərbi təmayüllü ibtidai təhsil ocağına “qırmızı terrorun” qurbanı olan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adının verildiyini bildirib.

Məktəbin yetirmələri ayrı-ayrı qoşun növlərində xidmət edərək Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparıb, bir neçəsi şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı açılıb. Prezident İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına hərbi lisey yaradılıb. Hər iki hərbi liseyin onlarla məzunu “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunub.

Ulu öndər Heydər Əliyevin Sərəncamları ilə hərbi liseyin 25 və 30 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilib.

2003-cü il aprelin 19-da dahi rəhbər Heydər Əliyev yaratdığı hərbi liseyi son dəfə ziyarət edərək şəxsi heyətlə görüşüb, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Həmin tarix hər il məktəbdə “Cəmşid Naxçıvanski adına hərbi lisey günü” kimi qeyd edilir.

Bütün bunlar barədə Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən ənənəvi “Hərbi Lisey Günü” tədbirində ətraflı məlumat verilib.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu tədris ocağının rəhbərliyi, müəllim, zabit, kursantlarından bir qrupu ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra ilk təntənəli yubiley tədbiri başlanıb.

Ulu öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin 2021-ci 14 aprel il tarixli Sərəncamı tədbir iştirakçıları tərəfindən minnətdarlıq və alqışlarla qarşılanıb. Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov bu tarixi Sərəncama görə dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandan İlham Əliyevə kollektiv adından dərin minnatdarlığını bildirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev çıxış edərək bu Sərəncamın tarixi əhəmiyyətindən və peşəkar hərbçi kadrların hazırlanması baxımından xüsusi önəm kəsb etdiyindən danışıb.

General-mayor Ə.Əfəndiyev deyib: “Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi alıb. Bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər. Respublikamızın təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında fədakarlıq, əzmkarlıq, şücaət və rəşadət nümunələri göstərirlər. Məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlib, 11 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunub. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstəriblər. 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülüb, 235 nəfər isə orden və medallarla təltif edilib. Həmçinin Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak edib. Mayor Əliyev Asiman Vaqif oğlu döyüşlərdə şəhid olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb”.

Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup hərbi qulluqçusunun və pedaqoji heyət üzvünün mükafatlandırılması haqqında əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.

Cəmşid Naxçıvanski adına hərbi lisey haqqında bir neçə kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Ulu Öndərlə görüşləri və analoqu olmayan bu məktəbin yaranması, bugünkü yüksək səviyyəyə çatmasında əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin müstəsna xidmətləri barədə ətraflı məlumat verib. A.Qurbani diqqətə çatdırıb ki, Ulu Öndərin milli zabit kadrlarının yetişdirilməsi məqsədilə belə bir məktəb yaratması, ona Cəmşid Naxçıvanskinin adını verməsi Moskva tərəfindən heç də birmənalı qarşılanmamışdı. Ardıcıl olaraq Azərbaycana yoxlama komissiyaları göndərilmiş, “Əgər azərbaycanlı gəncləri gələcəkdə ordu sıralarında zabit kimi görmək istəyirsinizsə, onları Suvorov, Naximov adına məktəblərə göndərin” deyə Bakıdakı məktəb-internatın ləğv olunması barədə göstərişlər verilmişdi. Lakin respublikamızın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə əmin olan uzaqgörən dahi liderimiz Heydər Əliyev yaratdığı təhsil ocağını yad təsirlərdən qətiyyətlə qoruyaraq onun fəaliyyətinin davam etdirməsi üçün səylərini əsirgəməmişdi. 1990-cı illərin əvvəllərində məktəb yenidən bağlanmaq təhlükəsi ilə üzləşmiş, lakin Ulu Öndərimizin Azərbaycanda hakimiyyətə qayıdışı ilə indiki Cəmşid Naxçıvanski adına hərbi lisey bu təhlükədən də xilas edilmişdi.

Məktəbin yetirməsi, Vətən Müharibəsi Qəhrəmanı birinci dərəcəli kapitan Zaur Quliyevi tədbir iştirakçıları alqışlarla qarşılayıb, onu bu ali mükafata - fəxri ada layiq görülməsi münasibətilə təbrik ediblər.

Z.Quliyev Heydər Əliyev ideyalarına daim sadiq olacağına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini layiqincə yerinə yetirəcəyinə and içib və sevimli hərbi liseyində bundan sonra da yeni-yeni qəhrəmanların yetişəcəyinə əminliyini bildirib.

Hərbi liseyin ilk məzunlarından ehtiyatda olan polkovniklər Rüfət Əmirov və Şair Ramaldanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, sevimli müəllim və komandirlərini xatırlayıb və Vətənə sədaqətli xidmətləri ilə təhsil aldıqları bu müqəddəs ünvana həmişə başucalığı gətirməyə çalışdıqlarını bildiriblər.

Hərbi liseyin müəllimlərindən Maisə İmanova və Sahib Əsədov vaxtilə dərs dedikləri kursantlarla fəxr etdiklərini, onların uğur və nailiyyətlərindən qürur duyduqlarını qeyd ediblər.

Kursant Sunay Hacıyev hərbçi ailəsində doğulduğundan, cəbhə bölgəsində, Horadiz şəhərində ilk təhsil aldığından və gələcəkdə atasının peşəsini davam etdirmək üçün bu məktəbi seçdiyindən fəxarət hissi ilə danışıb və kursant yoldaşları adından söz verib ki, hərbi liseyin məzunları olan minlərlə hərbi qulluqçunun davamçıları olaraq onların qəhrəmanlıq ənənələrini davam etdirəcəklər.

İlk yubiley tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Vətəni, qalib Azərbaycan Ordusunu, Müzəffər Ali Baş Komandanı tərənnüm edən vətənpərvərlik mahnıları ilə sona çatıb.

Cəmşid Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb