ELM VƏ TƏHSİL


Cenevrədəki BMT bölməsinin nümayəndələri xalqımızın qədim dövlətçilik ənənələri barədə məlumatlandırılıb

Bakı, 12 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, Kenyanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Kleopa Mailu, daimi məsləhətçisi Daniel Kottut, Gürcüstanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Viktor Dolidze, Qananın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi məsləhətçisi Jozef Ovusu-Ansah və Universal Hüquqlar Qrupunun icraçı direktoru Mark Limon AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar muzeyin zəngin eksponatlarına baxıb, qədim maddi-mədəniyyət nümunələri, nadir xalçalar, nəfis miniatürlər və rəsm əsərləri ilə tanış olublar. Bundan əlavə, diplomatlara Azərbaycan ərazisində mövcud olmuş qüdrətli dövlətlər, xalqımızın qədim dövlətçilik ənənələri haqqında məlumat verilib. Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və Əlimərdan bəy Topçubaşovun irsinə böyük maraq göstərən nümayəndələr muzeyin zəngin eksponata malik olduğunu bildiriblər.

Sonda qonaqlara akademik Rafael Hüseynovun muzeyin yaranma tarixi və ekspozisiyası haqqında məlumat kitabı olan “Söz məbədi” bələdçi-bukleti və “Nəsimi ili” çərçivəsində çap olunan “2019-cu ilin təqvimləri” hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.