İQTİSADİYYAT


Cənubi Koreya portalı Azərbaycan təbii qazının ixracından yazır

Cənubi Koreya portalı Azərbaycan təbii qazının ixracından yazır

Pekin, 29 mart, AZƏRTAC

Cənubi Koreyanın “The GURU Global News” xəbər portalında “Azərbaycan əsas qaz ixracatçısına çevrilir” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təbii qazla təchizatında Azərbaycanın yeni ixracat mərkəzi kimi diqqət çəkməsindən, ötən il Azərbaycanın Avropa İttifaqı ilə enerji sektorunda strateji tərəfdaşlıq sənədi imzalamasından və 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracatının iki dəfə artırılacağından bəhs olunur. Bundan başqa, məqalədə Azərbaycanın bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi təchizatı sisteminin üzərində çalışmasından bəhs olunur, Cənubi Koreya şirkətlərinin sadalanan sahələrə diqqət yetirməli olduğu vurğulanır.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.