DÜNYA


Cənubi Qafqaz və Qara dəniz regionlarında sülh və sabitlik Avropanın da təhlükəsizliyi deməkdir

Tbilisi, 19 fevral, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfəri çərçivəsində bu ölkənin dövlət başçısı Emmanuel Makronla görüşüb.

AZƏRTAC xəbər verir ki, paytaxt Parisdə keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, Gürcüstanın Avropa İttifaqı və NATO ilə münasibətləri diqqət mərkəzində olub.

Görüşdə, həmçinin Cənubi Qafqaz və Qara dəniz regionlarında sabitlik və təhlükəsizlik məsələləri də müzakirə edilib. Bildirilib ki, Cənubi Qafqaz və Qara dəniz regionlarında sülh və sabitlik Avropanın da təhlükəsizliyi deməkdir.

E.Makron deyib ki, Fransa Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.