Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cənubi Qafqazın geosiyasi mənzərəsi: mürəkkəblik və risklər fonunda

Cənubi Qafqazın geosiyasi mənzərəsi: mürəkkəblik və risklər fonunda

Bakı, 29 mart, AZƏRTAC

“Newtimes.az” portalında “Cənubi Qafqazın geosiyasi mənzərəsi: mürəkkəblik və risklər fonunda” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Ekspertlər Cənubi Qafqazda baş verən müxtəlif təbiətli prosesləri analiz edirlər. Onların sırasında daha çox geosiyasi aspekt diqqəti çəkir. Bunun başlıca səbəbi böyük dövlətlərin regionda fəallıqlarını daha da artırmasıdır. Xüsusilə Amerika ilə Rusiya yüksək fəallıq nümayiş etdirirlər. Onların indi maraqları daha çox Ermənistanda toqquşur. Yeni erməni hökumətinin tutduğu qərarsız mövqe vəziyyəti daha da qəlizləşdirir. Meydana yeni risk faktorları çıxır. Ancaq Ermənistan hakimiyyətinin qeyri-müəyyən siyasəti bunlarla məhdudlaşmır. N.Paşinyan həm də Avropanın böyük dövlətləri olan Fransa və Almaniya ilə də “oynamağa” çalışır. O, hər iki ölkəyə səfər edib oxşar absurd vədlər verib. Nəticədə, regionda ABŞ-Rusiya-Aİ xəttində mürəkkəb və qeyri-müəyyən bir vəziyyət yaranıb. Ümumi aspektdən baxdıqda, bu durumun regionun böyük dövlətlərinin siyasətinə necə təsir edə biləcəyi də maraq doğurur. Bütün bu məqamların geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Qüvvələr nisbətində yeni çalarlar: balans dəyişirmi?

Cənubi Qafqaz qlobal geosiyasət üçün aktual məkan olaraq qalır. Hətta böyük dövlətlərin burada fəallığını daha da artırması fonunda meydana yeni çalarların çıxdığını müşahidə edirik. Maraqlı məqamdır ki, Cənubi Qafqazda ABŞ, Rusiya və Avropa İttifaqı həm ayrıca fəallaşıblar, həm də aktivliklərini rəqiblərin atdığı addımlara uyğunlaşdırırlar. Bu o deməkdir ki, onların hər biri ancaq öz maraqlarını gözləyir, həm də başqa güclərin maraqlarını zəiflətməyə çalışırlar. Nəticədə, mürəkkəb və riskli bir mənzərə alınır.

Regionun geosiyasi dinamikası işığında digər maraqlı cəhət İran və Türkiyənin fəallığının bir qədər azalması ilə bağlıdır. Daha konkret desək, Ermənistanın baş nazirinin Tehrana səfəri zamanı bir sıra sensasion sayıla biləcək bəyanatlar verilsə də, ekspertlər onun arxasında konkret fəaliyyətin dayanmadığını vurğulayırlar. Məsələn, Azərbaycan haqqında beynəlxalq hüquq normalarına uyğun olmayan və aqressiv xarakter daşıyan bəyanatlar verildi. Belə nəticə çıxırdı ki, Cənubi Qafqazın siyasi xəritəsində dəyişikliklər etmək lazımdır. Hər halda, müəyyən dairələr bir sıra tarixi məqamları unutmadıqlarını dünyaya çatdırdılar. Eyni zamanda, erməni separatçılığının ifrat forması özünü göstərdi. N.Paşinyan İranda olarkən Tehranın mərkəzində yerləşən “Ararat” klubunda erməni icması ilə görüşdə çəkdirdiyi selfidə əksini tapan plakatda “Qarabağ Ermənistandır və son” yazılmışdı.

Ancaq erməni separatçıları ciddi bir siyasi səhvə yol verdiklərini unutmuşdular. Məsələ ondan ibarətdir ki, N.Paşinyan hər yerdə pafosla deyir ki, “Artsax” ayrıca “respublika”dır və onun Ermənistana dəxli yoxdur, bu səbəbdən danışıqlarda oranı təmsil edə bilməz. Fonunda selfi çəkdirdiyi şüar erməni baş nazirin başına tökülən qaynar suyu xatırladır. Yəni onun nə qədər saxta və qaragüruhçu olduğunu bir daha təsdiqləyir. Təbii ki, həmin səbəbdən N.Paşinyanın İrana səfəri və orada səslənən bir sıra əsassız fikirlər Cənubi Qafqazın real geosiyasi dinamikasına təsir edə bilməz. Bu baxımdan İranın da burada fəallaşdığı haqqında qəti fikir söyləmək çətindir.

Əksinə, belə görünür ki, ABŞ, Rusiya və Aİ-nin regionda fəallığı fonunda Tehran praqmatikliyini itirir və Ermənistan kimi nüfuzu olmayan bir dövlətlə yanaşı durmaqdan başqa addım ata bilmir. Əlbəttə, bu durum qlobal geosiyasi dinamika üçün müsbət hal deyil və bu qeyri-müəyyənlikdən erməni terrorizmi yararlana bilər. Çox güman ki, İranı regionda daha real mövqeyə gətirə biləcək qüvvələr tapılacaq.

Maraqlıdır ki, Ankaranın da bu regionda fəallığı azalmış kimi görünür. Türkiyə daha çox öz daxili məsələlərinə və Suriya münaqişəsini həll etməyə fokuslanıb. Son zamanlar Ankaranın Cənubi Qafqaz istiqamətində hansısa konkret addım atdığı xatırlanmır. Bunun səbəbini ancaq daxili problemlərin həlli ilə izah etmək doğru olmazdı. Görünür, burada Türkiyənin qlobal güclərlə münasibətlərində yeniliklər etməsi öz rolunu oynayır. Bunun isə iki istiqamətdə daha çox hiss olunduğunu deyə bilərik.

Birinci istiqamət Amerika ilə münasibətlərə aiddir. Ankara var gücü ilə, ümumiyyətlə, Qərbin siyasi, iqtisadi və hərbi nəzarətindən çıxmağa çalışır. Bu yöndə hiss ediləcək nəticələr də əldə edib. Qərb dövlətlərinin şantajlarına baxmayaraq, türk iqtisadiyyatı ayaqda qalıb. Siyasi olaraq iqtidar tam müstəqil kurs reallaşdırır. Artıq Ankaranın hansı addımları atmasını Vaşinqton deyil, Ankara özü müəyyənləşdirir. Hərbi cəhətdən isə mütəxəssislərin fikrinə görə, Türkiyə hərbi tələbatının 70 faizini daxili imkanları hesabına ödəyir. Artıq Türkiyə öz hərbi texnologiyası və silahları ilə dünya bazarında mövcuddur. Keçən il onun silah ixracı 2 milyard ABŞ dolları təşkil edib ki, Cümhuriyyət tarixində rekorddur. Türkiyə indi bir sıra xarici ölkələrə ağır silahlar, raketlər və helikopterlər sata bilir.

“3+2” formulu: baş tuta bilərmi?

Bu gedişat müxtəlif istiqamətlərdə ABŞ-Türkiyə ortaq fəaliyyətini çox zəiflədib. O cümlədən Cənubi Qafqazda bu iki dövlətdən hər hansı birinin fəallaşması, digərinin də fəallaşması demək deyil. Lakin Türkiyə ilə İranın regionun böyük dövlətləri olduğunu, tarixən burada ciddi təsirlərinin mövcudluğunu nəzərə alaraq belə bir vəziyyətin müəyyən riskləri ortaya çıxara biləcəyini təxmin etmək mümkündür. Eyni zamanda, başqa bir faktoru da unutmaq olmaz.

Türkiyə geosiyasi aspektdə son dövrlərdə Rusiya ilə ortaq fəaliyyət göstərir. Bu, hələlik daha çox Suriya istiqamətində reallaşır. Suriyada iki dövlət münaqişənin həllində sözün həqiqi mənasında ciddi nəticələr əldə ediblər. Hətta o dərəcədə ki, artıq ənənəvi olaraq Rusiya ilə geosiyasi yaxınlığı olan bir sıra böyük dövlətlər bu münasibətə qısqanclıqla yanaşırlar. Onlar hesab edirlər ki, Türkiyə geosiyasi kursunu dəyişir.

Ancaq məsələ bununla bağlı deyil. Türkiyə böyük dövlət kimi öz maraqlarını təmin etməkdə sərbəstdir və hesab edir ki, yaxın qonşusu Rusiya ilə də əməkdaşlıq fayda verə bilər. Praktikada bu fayda özünü göstərir. Buna bənzər bir prosesin Qafqazda da baş verməsi mümkündürmü? Ekspertlər bu sualı yalnız ümumi geosiyasi mənzərə fonunda ritorika xatirinə qaldırmırlar. Masada hər iki dövlət üçün aktual olan məsələlər vardır. Onların sırasında Cənubi Qafqazda mövcud olan münaqişələrin ədalətli həlli də ola bilər. Xüsusilə hər iki böyük dövlət üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli önəm kəsb edir. Onların məhz bu istiqamətdə əməkdaşlığı prinsipcə mümkündür.

Bu tezis prizmasından yanaşdıqda, Türkiyənin Cənubi Qafqazda ehtiyatla davranmasını anlamaq olar. Ola bilsin ki, Ankara həm də regionda ABŞ-Rusiya qarşıdurmasında iştirakçı olmaq istəmir. Bu isə Ermənistan və Gürcüstan məsələlərində açıq hiss olunur. Son zamanlar, xüsusilə Ermənistanla bağlı dünyanın iki güclü dövləti arasında toqquşmalar özünü göstərir. Moskva Vaşinqtonu regionun daxili işlərinə qarışmaqda ittiham edir.

Eyni zamanda, Kreml rəsmi İrəvana xəbərdarlıq edib ki, seçdiyi geosiyasi istiqamətə doğru-düzgün əməl etsin. Hətta N.Paşinyan özü müxtəlif kanallarla xəbərdarlıq alıb. Bunun fonunda Amerika tərəfi də açıq bəyan edib ki, N.Paşinyanın hakimiyyətə gəlişində həlledici rol oynayıb. İndi ABŞ-la Rusiya arasında Cənubi Qafqazda geosiyasi mübarizə başlıca olaraq Ermənistan istiqamətinə gedir. Ekspertlər hesab edirlər ki, bu, hələ başlanğıcdır və vəziyyət getdikcə daha gərgin xarakter ala bilər.

Maraqlıdır ki, Aİ iki böyük dövlətin bu mübarizəsinə qarışmaq istəmir. Brüssel də Ankara kimi ehtiyatlı davranır. Ancaq Fransa prezidenti Ermənistanda daha fəal olmaq üçün bir addım atdı. Frankofoniya məsələsində fəallaşmağa çalışdı. Lakin tezliklə aydın oldu ki, Paris regionda, eyni zamanda, ABŞ və Rusiya ilə mübarizə aparmaq iqtidarında deyil. Ona görə də Fransa istiqamətində bir sakitlik yaranıb.

Aİ-nin digər böyük dövləti Almaniya da passiv deyil. N.Paşinyanın məhz Almaniyaya səfər etməsi təsadüfi görünmür. Ancaq Berlin də hələlik ümumi vədlərdən o tərəfə keçmir və Cənubi Qafqazda Amerika ilə Rusiyanın maraqlarına təsir edə biləcək konkret addım atmır. A.Merkel region ölkələrinə səfəri zamanı da aparıcı mövqedə olmaq iddiasını açıq ifadə etmədi. Buna baxmayaraq, hiss olunur ki, Almaniya Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsir etmək barədə düşünür.

Aparılan müqayisələr göstərir ki, Cənubi Qafqazın geosiyasi mənzərəsində mürəkkəblik və risk faktoru bir qədər artıb. Böyük güclər burada güddükləri maraqlarından hələ vaz keçməyiblər və onları təmin etmək üçün çalışırlar. Hələlik ABŞ və Rusiya daha fəal görünürlər. Son zamanlar Fransa və Almaniya da müəyyən cəhdlər edirlər. Onların fonunda regionun iki böyük dövləti İran və Türkiyə bir qədər passiv mövqeyə çəkiliblər. Belə bir vəziyyətdə regionda sülh naminə “3+2” formulu, yəni “ABŞ, Rusiya, Aİ üstəgəl Türkiyə və İran” geosiyasi konfiqurasiyası yarana bilərmi? Bu sualın cavabı məlum deyil. Lakin regionda situasiya istənilən an kəskin dəyişə bilər və təşəbbüs indi meydanda aktiv olmayan dövlətlərin əlinə keçər. Bu ssenari də istisna edilmir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY