MƏDƏNİYYƏT


Cənubi koreyalı etnoqraf: Şuşanı öz gözümlə görəndən sonra onun nə dərəcədə gözəl olduğunu anladım

Bakı, 7 may, AZƏRTAC

Şuşa şəhərinin tarixi barədə eşitdiklərim mənə çox təsir etmişdi. İndi isə, Şuşanı öz gözümlə görəndən sonra onun nə dərəcədə gözəl olduğunu anladım.

Cənubi koreyalı etnoqraf, Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak edən Cun Park bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Cun Park deyib: “Çox sevindirici haldır ki, bu şəhərdə festivallar və digər bayram tədbirləri keçirilir. Festivalda təqdim edilən Azərbaycan mətbəxi nümunələrinin müxtəlifliyi insanı heyran edir. Azərbaycan mətbəxi həqiqətən çox rəngarəng və bənzərsizdir. Buraya gələnlər başqa xalqların milli yeməklərini də dada bilərlər. Festival burada olan hər kəsə xoş əhval-ruhiyyə bəxş edir. Fikrimcə, bu dadlı yeməklər və əlvan rənglər bayramı ənənəyə çevriləcək, gözəl Qarabağ diyarı müxtəlif ölkələrdən gələn qonaqları bir yerə toplayacaq”.

Cənubi koreyalı etnoqraf daha sonra bildirib ki, Şuşaya səfəri və kulinariya festivalında iştirak etməsi onun Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmasına geniş imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.