REGİONLAR


Ceyhun Bayramov: Azərbaycanda bir milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb

Quba, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Son 5 ildə ölkəmizdə 600 məktəb binası inşa olunub. On beş ildə tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin sayı isə 3 min 200-dən çoxdur. Bu da Azərbaycanda, ümumilikdə, bir milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması deməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Quba rayonunun Alekseyevka kəndində inşa olunan 960 şagird yerlik məktəb binasının açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, maddi-texniki bazanın müasirləşdirilməsi Prezident İlham Əliyevin daim diqqətində olan əsas məsələlərdəndir.

“Dövlət İnvestisiya Proqramı və Prezidentin imzaladığı sərəncamlara əsasən 2019-cu ildə 84 məktəb binasının tikintisi və ya əsaslı təmiri nəzərdə tutulmuşdu. Həmin binalardan 43-ü Bilik Günündə istifadəyə verilir. Digər 41 məktəb binasının isə dekabr ayınadək təhvil verilməsi nəzərdə tutulur. Məktəb quruculuğu, təhsil müəssisələrinin maddi-texniki bazanın müasirləşdirilməsindən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi qayğısını və təşəbbüsləri ilə həyata keçirilən işləri də qeyd etməliyəm. Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondunun xətti ilə onlarla məktəb binasının inşası həyata keçirilir. Onlardan bir hissəsi artıq tədris ilinin əvvəlində istifadəyə verilib”, - deyə təhsil naziri Ceyhun Bayramov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.