ELM VƏ TƏHSİL
Ceyhun Bayramov: Yeni məktəblər tikiləcək VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycanda 4500-ə yaxın məktəb var. Ölkə ərazisində əhali sıxlığı bərabər paylanmayıb. Bölgələr üzrə əhali artımı eyni templə getmir. Bu səbəbdən də bəzi məktəblərin siniflərində şagird sıxlığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, şagird sıxlığı hər zaman diqqət mərkəzindədir. Bununla bağlı Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində yeni məktəblərin tikilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]