İQTİSADİYYAT
Ceyhun Salmanov: 2020-ci ildə 50 milyon smart avadanlıq şəbəkəyə qoşulacaq
Bakı, 18 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC
Aparılan araşdırmalara görə, hazırda dünyada hər insan 1 saniyədə 1,7 MB data istehlak edir. Bu isə çox böyük rəqəmdir.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 18-də “Dövlət idarəçiliyində böyükhəcmli məlumatlar” mövzusunda seminarda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
C.Salmanovun sözlərinə görə, təmsil etdiyi qurum da innovasiyaların inkişafına töhfə verməkdədir: “Hesablamalara görə, məhz bu gün mövcud olan dataların 90 faizi son 2 ildə yaradılıb. 2020-ci ildə 50 milyon smart avadanlıq şəbəkəyə qoşulacaq. Bu isə istehsal ediləcək datanın həcminin daha da artmasına gətirib çıxaracaq”.