CƏMİYYƏT


Ceyranbatan qəsəbəsində yerləşən körpələr evi-uşaq bağçasının kollektivi ağacəkmə aksiyasında iştirak edib

Bakı, 31 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı altında payız ağacəkmə aksiyasına Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi də qoşulub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə 100-ə yaxın müxtəlifcinsli ağac tinglərini bağçanın həyətyanı sahəsində əkiblər. Ağacəkmə aksiyasında nazirliyin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri və könüllülər də iştirak ediblər.

Qeyd edək ki, uşaq bağçasının həyətində əkilən ağac tingləri nazirliyin Abşeron Regional Meşə Tingliyi və Toxumçuluğu Mərkəzində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.