CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb
Bakı, 9 iyul, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kənan Əsgərova qardaşı Sənan Əsgərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı xüsusi üsulla gizlədilmiş qab süngərlərin içərisində 19,848 qram narkotik vasitə olan marixuana və 1,404 qram narkotik vasitə heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]