İDMAN


“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq

Bakı, 30 aprel, AZƏRTAC

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində bu gün finalçılar müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalın həlledici matçında ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

Şahmatçımız rəqibinə birinci matçda 1:3 hesabı ilə məğlub olub. Yarımfinalın digər matçında Maqnus Karlsen ermənistanlı Levon Aronyanla üz-üzə gələcək.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.