ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutu ilə BDU arasında əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda bu müəssisə ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi arasında əməkdaşlıq müqaviləsinin bağlanmasına dair görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, görüşdə Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin rəisi dosent Adil Xasayev, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova və Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov iştirak ediblər.

Görüşdə iki müəssisə arasında 2013-cü ildə bağlanmış “Elm və tədris mərkəzinin yaradılması” haqqında müqavilənin vaxtının uzadılmasına, tədris mərkəzinin fəaliyyətinin əsas istiqamətinə və yeni fəaliyyət planının işlənməsinə dair müzakirələr aparılıb.

Coğrafiya İnstitutunun direktoru coğrafiya elmləri doktoru Zakir Eminov elmin tədrisi və təbliğinin gücləndirilməsi, gənclərin elmi işlərə cəlb edilməsi üçün hər iki müəssisənin magistr və dissertantlarının iştirakı ilə elmi konfransın keçirilməsini təklif edib.

Müzakirələrdən sonra Coğrafiya İnstitutu ilə BDU arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.