ELM VƏ TƏHSİL
Coğrafiyaçı alim beynəlxalq konqresdə Naxçıvanın turizm potensialı barədə məruzə edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin elmi işçisi Rövşən Əliyev Türkiyənin Sivas Cümhuriyyət Universitetində keçirilən 6-cı Beynəlxalq Qafqaz və Mərkəzi Asiya Xarici Ticarəti və Logistika Konqresinə onlayn qoşulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işçi tədbirdə “Naxçıvanın inkişaf perspektivləri və turizm potensialını şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvanın turizmi, gələcək inkişafı, perspektivləri və problemləri haqqında geniş məlumat verib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
Məruzə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirin sonunda konqresin fəal iştirakçılarına sertifikat təqdim edilib.