MƏDƏNİYYƏT


Coker haqqında film komikslər əsasında çəkilməyəcək

Bakı, 9 iyul, AZƏRTAC

“DC Comics”in personajı Coker haqqında film komikslərdə olmayan original ssenari əsasında çəkiləcək. AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, filmin rejissoru və ssenari müəllifi Todd Fillips bunu “Empire” nəşrinə müsahibəsində bildirib.

Fillips deyib: “Biz komikslərdən heç nə götürməmişik, Coker barədə öz versiyamızı yazmışıq”.

Filmdə baş rolu Hoakin Feniks ifa edəcək. Feniksi böyük aktyor adlandıran Fillipsin sözlərinə görə, ssenari üzərində işləyərkən aktyorun fotosu onun kompüterinin üstündə olub.

Hoakin Feniks üç dəfə, o cümlədən Ridli Skottun “Qladiator” filmində Roma İmperatoru Kommod roluna görə “Oskar” mükafatına namizəd irəli sürülüb. O, həmçinin “Xətti aşmaq” filmində müğənni Conni Keş roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.