DÜNYA


Cozef Bayden Nyu-York və Kentukkidə keçirilən ilkin seçkilərdə qələbə qazanıb

Bakı, 24 iyun, AZƏRTAC

Demokratlar partiyasının qurultayında dövlət başçısı postuna namizədliyini irəli sürmək üçün yetərincə səs toplayan ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden Nyu-York və Kentukki ştatlarında keçirilən praymerizlərdə də qələbə qazanıb.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, praymerizdə demokratların avqust ayında keçiriləcək ümummilli qurultayında partiya sıralarından ABŞ prezidenti postuna namizədliyini irəli sürən bu və ya digər siyasətçini dəstəkləyəcək nümayəndələr iştirak ediblər.

Nyu-Yorkda bülletenlər hələ tam sayılmayıb. Qəzetin hesablamalarına görə, Bayden bu ştatda 66,2 faiz, aprelin 8-də seçki yarışını tərk edən Berni Sanders isə 19,3 faiz səs toplayıb. Kentukki ştatında Cozef Bayden nümayəndələrin 56,8 faizinin, Berni Sanders isə 11,5 faizinin səsini qazanıb.

Vermont ştatından olan senator Berni Sanders mübarizəni tərk etdikdən sonra Cozef Baydenin demək olar ki, partiya daxilində rəqibi qalmayıb. Lakin əvvəllər seçki yarışında iştirak edən bəzi siyasətçilərin adları əvvəlki kimi bülletenlərdə yer alır.

Qeyd edək ki, Demokratlar partiyasının rəhbərliyi pandemiya ilə əlaqədar iyulun 13-də Viskonsin ştatının Miluoki şəhərində keçirilməsi planlaşdırılan partiya qurultayını avqustun 17-20-nə təxirə salıb. Qurultayda Cozef Baydenin ali dövlət postuna namizədliyinin elan olunacağı gözlənilir. Qəzetin məlumatına görə, Cozef Bayden artıq milli qurultayın 2177 nümayəndəsinin dəstəyini əldə edib. İlk turda prezidentliyə namizəd olmaq üçün isə 1991 nümayəndənin səsi yetərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.