REGİONLAR


Cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan, 24 yanvar, AZƏRTAC

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 70-dən çox idmançı iştirak edib. Açıq birincilikdə Naxçıvan şəhərinin cüdoçuları ilə yanaşı, Culfa rayonunun idmançıları da mübarizə aparıblar.

Cüdonun mövcud qaydalarına uyğun olaraq keçirilən açıq birinciliyin yekununa əsasən Yusif Əhmədli, Rəhim Qaybalıyev, Qurban Məmmədli, İlham Məmmədli, Yusif Quliyev, Asiman Muradov, Faiq Məmmədli, Əli Cəfərzadə, Üfüq Ələkbərov və Sadiq Həsənzadə öz çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.

Sonda I, II və III yerləri tutan idmançılar diplomla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.