İDMAN


Cüdoçularımız Bakıda keçiriləcək dünya çempionatına Yaponiyada hazırlaşırlar

Bakı, 12 iyun, AZƏRTAC

Cüdo üzrə Azərbaycan milli komandası bu ilin sentyabrında Bakıda keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir. Ötən həftə Koreya Respublikasının İnçxon şəhərində təlim-məşq toplantısına start verən millimizin heyətində bütün aparıcı cüdoçular yer alıblar.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Ruslan Moşurenkonun rəhbərliyi altında yığmamızın üzvləri Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Braziliya, İtaliya və digər ölkələrin cüdoçuları ilə birgə məşq keçiblər. İyunun 11-də Azərbaycan millisi Koreya Respublikasındakı toplanışı başa vurub.

Cüdoçularımız dünya çempionatına hazırlığı Yaponiyada davam etdirirlər. Milli komandamız Vətənə iyunun 21-də dönəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.