REGİONLAR
Culfa rayonunda qızlar arasında voleybol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Culfa, 9 dekabr, AZƏRTAC
Culfa rayonunun Culfa şəhər 3 nömrəli tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin qız şagirdləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 12 komanda iştirak edib.
Əvvəlcə Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli, Təhsil Şöbəsinin müdiri Adəm Qasımov və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Culfa rayon bölməsinin rəisi Əhməd Məmişov çıxış edərək, yarışın mahiyyəti və keçirilmə qaydaları haqqında iştirakçılara məlumat veriblər.
Olimpiya sistemi ilə keçirilən yarışın yekun nəticəsinə görə, Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası I yerə, Camaldın kənd tam orta məktəbin komandası II yerə və Əbrəqunus kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.
Qalib komandalara və fərqlənən idmançılara təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.