Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Culfa rayonunun Yaycı kəndində içməli su şəbəkəsi qurulur

Naxçıvan, 3 avqust, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun Yaycı kəndində qurulacaq içməli su şəbəkəsinin layihəsinə baxıb.

Məlumat verilib ki, Gilançay yatağında müxtəlif diametrli borularla 16 baxış quyusu olan 516 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikiləcəkdir. Kaptajdan su anbarlarına qədər plastik borularla 13,4 kilometr xətt çəkiləcək, boru xətti üzərində 5 havaburaxıcı və 7 suboşaldıcı quraşdırılacaqdır. Su natrium hipoxloridlə dezinfeksiya olunaraq hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığılaraq öz axını ilə şəbəkəyə veriləcəkdir.

Layihəyə əsasən kənddə 138,5 kilometr daxili su şəbəkəsi çəkiləcək və 1950 evə su verilərək sayğac quraşdırılacaqdır. Su şəbəkəsi üzərində 6 yanğın hidrantı və qəza zamanı xətlərdən suyun boşaldılması üçün 14 suboşaldıcı və müxtəlif diametrli 141 siyirtmə quraşdırılacaqdır. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su veriləcəkdir. Bununla da, kənd sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaqlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Yaycı kəndinin içməli su təminatı vacib məsələdir. Ona görə ki, kənd muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir. Vaxtilə bu kəndin su təchizatının yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdür. Ancaq bu gün müasir tələblər səviyyəsində yeni içməli su şəbəkəsinin qurulmasına ehtiyac var idi. Gilançayda tikiləcək kaptajdan 14 kilometrə yaxın aparıcı xətt və kənddaxili 140 kilometrə yaxın daxili su xətti çəkiləcəkdir. Bu, böyük layihədir. Lakin muxtar respublikanın tikinti təşkilatlarının imkanları və yerli istehsal imkan verəcəkdir ki, bu layihə də qısa müddətdə başa çatdırılsın. Su xətti çəkilərkən, əsasən, yerli istehsal olan tikinti materiallarından istifadə olunacaq, iş keyfiyyətlə başa çatdırılacaqdır.

Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elnur Abbasov kənd sakinləri adından minnətdarlıq edərək deyib: “Naxçıvanın hər yeri abadlaşır, inkişaf edir, müasirləşir. Eynilə də bu abadlaşdırma işləri Culfa rayonunun hər bir kəndində görülüb, bütün kəndlərdə yenidənqurma işləri aparılıb. Bir neçə il bundan əvvəl Yaycı kəndində ərazilərin suvarılması üçün 3 nasos stansiyası qurulub. Bütün inzibati binalar yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib, kənd sakinlərinin istifadəsinə verilib. İndi isə sakinlərin içməli su problemi öz həllinin tapacaqdır. Bu problemin aradan qaldırılması bütün kənd sakinlərinin sevincinə səbəb olub”.

Kənd ziyalısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Ali Məclisin deputatı Fərəc Fərəcov deyib: “Ali Məclis Sədrinin kəndimizə, eləcə də muxtar respublikanın digər bölgələrinə səfərləri quruculuq tədbirləri ilə yadda qalır. Naxçıvanda ulu öndər Heydər Əliyev ideyalarına əsaslanan quruculuq işləri aparılır. Əsrə bərabər işlər görülür. Bu gün quruculuq və inkişafın Naxçıvan modeli yaranıb. Muxtar respublikada o yer yoxdur ki, quruculuq işləri getməsin. Bütün bunlar Naxçıvanın, ümumilikdə isə Azərbaycanın inkişafına xidmət edir. Culfada bütün kəndlər kompleks abadlaşıb. Yaycıda həmişə içməli su problemi olub. Əvvəllər bu istiqamətdə müəyyən işlər görülüb. Bu gün isə sakinlərin rahatlığına xidmət edəcək mühüm bir layihənin təməli qoyulur”.

Ali Məclisin Sədri deyib: Su həyatdır. Hər bir ev içməli su ilə təmin olunmalıdır. Ölkə üzrə qəbul olunmuş dövlət proqramlarında rayon və şəhərlərin su-kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Kəndlərin su təminatının yaxşılaşdırılması üçünsə əlavə tədbirlər görülür. Bu layihə muxtar respublikanın daxili imkanları hesabına həyata keçiriləcək, insanların rahat yaşayışı tam təmin ediləcəkdir. Yaycı qədim tarixə malikdir. Bu kənddə də ermənilər tərəfindən soyqırımı həyata keçirilib, lakin sakinlər öz yurdlarını tərk etməyib, kənddə məskunlaşaraq buranı inkişaf etdirmişlər. Son illər Yaycıda quruculuq işləri aparılmış, torpaqların suvarılması üçün nasos stansiyaları qurulmuşdur. Bu gün kənddə yeni evlər tikilir, məskunlaşma ilbəil artır. Sakinlər də yaradılan bu imkanlardan səmərəli istifadə etməlidirlər.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri texniki-mühəndis qaydalarına əməl olunmaqla işlərə başlanılması və keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar