Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cümhuriyyətin yadigarı - AZƏRTAC-ın 100 yaşına

Cümhuriyyətin yadigarı - AZƏRTAC-ın 100 yaşına

Bakı, 13 fevral, AZƏRTAC

Bu il martın 1-də AZƏRTAC-ın (Azərbaycan Dövlət İnformasiya Agentliyi) 100 yaşı tamam olacaq. Düz bir əsr əvvəl – 1920-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış quruma tarixçi-alim, Azərbaycanın mədəniyyət xadimi Qubad Qasımov (1921–1928), sonrakı illərdə Mixail Sinitsin (1928–1930), Vasili Xaldeyev (1937–1938), Yefim Qurviç (1942–1958 və 19621986), Xasay Vəzirov (1958–1962), Rafiq Zeynalov (1986–1988), Azad Şərifov (1988–1992), Fikrət Sadıqov (1992), Vaqif Rüstəmov (1992–1994), Şamil Şahməmmədov (1996–2002) kimi tanınmış ziyalılar, görkəmli elm və qələm adamları rəhbərlik etdilər. 2002-ci ildən AZƏRTAC-ın rəhbəri tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovdur.

İctimai-siyasi dəyişikliklər, taleyüklü tarixi hadisələr dolu 100 il ərzində neçə-neçə jurnalist nəsli yetişdirmiş AZƏRTAC Azərbaycanda səlis mətbuat dilinin, jurnalistika məktəbinin təməlini qoydu, son 18 ildə isə yüksək peşəkarlığa, operativliyə dayaqlanan məhsuldar fəaliyyəti ilə daha böyük və fərqli uğurlara imza atdı, müasir dövrün tələblərinə uyğun yenilənmək bacarığı ilə ölkə sərhədlərini aşaraq beynəlxalq informasiya məkanının aparıcı üzvünə, nüfuzlu xəbər agentliyinə çevrildi.

Yaşadığımız əsri çoxları “informasiya əsri” adlandırır. Həqiqətən də çağdaş dünya bu gün siyasi-ictimai, sosial-mədəni inkişafdan tutmuş ən xırda məişət problemlərinə qədər, sanki informasiya təzyiqi altında hərəkət etməyə məhkum olunub. Bu təzyiqin ictimai şüura təsirini şərtləndirən müsbət və mənfi tərəfləri var ki, bu da birbaşa informasiya məhsulunu istehsal edən xəbər agentliklərinin, teleradio şirkətlərinin, mətbuat orqanlarının peşəkarlığı, hadisələrə, məsələlərə yanaşma tərzi və təqdimat mədəniyyəti ilə bağlıdır. “İnformasiya müharibəsi” həddinə çatdırılmış bütün bu xəbər qarşıdurmasında doğrunu saxtadan seçib-ayırmaq, nəyin həqiqət, nəyin yalan, yaxud təhrif olduğunu müəyyən etmək müasir insan üçün müşkül məsələyə çevrilib. Yeganə çıxış yolu illərin axarıyla sınanmış etibarlı mənbələrə üz tutmaq, həqiqi olanı onlarda arayıb-axtarmaqdır. Dürüstlüyü və dəqiqliyi ilə tarixin sınaqlarından keçmiş AZƏRTAC sağlam mövqeyi, operativliyi və qərəzsizliyi ilə milyonların etimadını qazanmış həmin etibarlı mənbələrdən biri və ən sınanmışıdır.

AZƏRTAC-a olan bu inam sözsüz ki, onun yaradıcısı Azərbaycan Xalq Cümhuriyyətinə inamdan və etibardan qaynaqlanır. Bu etibarın digər səbəbi qurumun yarandığı gündən ənənələşmiş sağlam iş prinsipini, cəmiyyətin ayarlanması və saflaşdırılmasına yönələn müqəddəs amalını qoruyub saxlamasıdır.

AZƏRTAC ictimai-siyasi, tarixi hadisələr dolu bir əsrlik keşməkeşli yol keçib. Bu yolun çox ağır, mürəkkəb, ziddiyyətli dövrləri də olub, işıqlı dönəmləri də. Lakin bütün məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq, o, zamanın sınaqlarından şərəflə, üzüağ çıxıb, sovet ideologiyasının ən sərt təzyiqi altında da, müdhiş repressiya illərində də xalqına, Vətəninə bağlılığını, sevgisini itirməyib, milli mənəvi dəyərləri hər zaman ucada tutub və qorumağa çalışıb. Bu dönəmlərdə nələr olmayıb? Cümhuriyyətin qısa sürən hakimiyyətinin süqutu, sovet sosialist üsul-idarəsinin ideoloji basqıları, qadağalar, repressiyalar, Böyük Vətən müharibəsi, daha sonra iqtisadi inkişaf, milli mədəniyyətimizin intibahı… Bütün bu hadisələrin dolğun mənzərəsini tarixin yaddaşına köçürüb, gələcək nəsillərə ötürmək missiyası AZƏRTAC-ın üzərinə düşüb.

Bu gün isə AZƏRTAC-ı sürətli inkişaf yolu ilə irəliləyən və dünyanın ən qabaqcıl ölkələri sırasında layiqli yerini tutan müstəqil Azərbaycanımızın salnaməçisi adlandırmaq olar. Yüz əllidən çox informasiya agentliyi ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərən qurumu “Azərbaycandan dünyaya açılan körpü” də adlandıra bilərik.

AZƏRTAC-ın tərəf müqabilləri sırasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan), həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA kimi nüfuzlu xəbər agentliklərinin yer alması onun fəaliyyət dairəsinin miqyasından, informasiya dövriyyəsi arealının əhatəliliyindən xəbər verir. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Müstəqil Dövlətlər Birliyi Milli Xəbər Agentlikləri Rəhbərləri Şurası (İnformşura) kimi beynəlxalq informasiya təşkilatlarının üzvü, Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) və Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının həmtəsisçisi olması, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına rəhbərlik etməsi isə AZƏRTAC-ın beynəlxalq informasiya məkanında tutduğu mövqeyi və qazandığı nüfuzu sərgiləyir.

İlk baxışda quru rəqəmlərə və faktlara əsaslanan bu statistikanın arxasında hansı titanik əməyin, gərgin kollektiv fəaliyyətin dayandığı, 21 ölkədə fəaliyyət göstərən müxbir məntəqələrinin operativ xəbər ötürücülüyü mexanizmi barədə düşünəndə, söhbətin hansı miqyasdan getdiyini anlamış oluruq.

Bu gün əqidəsizliyi və yararsızlığı ilə həyatın dibinə sürüklənmiş antimilli qüvvələrin xarici mətbuata, sözün əsl mənasında, ixrac etdiyi nifrət dolu təhqir və yalanların AZƏRTAC-ın beynəlxalq internet məkanına yayımladığı real faktlar bolluğunda yoxa çıxarılmasını, gur Günəş işığında ovulub-tökülən çürüntütək əriyib itməsini də 100 yaşlı agentliyin dediyim həmin ayarlayıcı-saflaşdırıcı amalının bariz nəticəsi hesab etsək, düşünürəm yanılmarıq.

Mənim isə yazıçı olaraq bütün bu sadalananlar sırasında daha böyük önəm verdiyim – bu gün bir əsrlik yubiley tarixini yaşayan AZƏRTAC-ın Azərbaycan dilinə, ondan istifadə mədəniyyətinə, milli ədəbiyyatımızın, dil və tərcümə sahəsinin inkişafına ayırdığı diqqəti və qayğısı, dərin təəssübkeşliyidir ki, bu yerdə agentliyin rəhbəri, parlaq ziyalımız, əziz qardaşım Aslan Aslanovun rolunu və əməyini xüsusi qeyd etməyi özümə borc bilirəm.

Vətəninə, xalqına, dövlətçiliyə sonsuz sevgi və sədaqətlə ərsəyə gətirilən bütün bu uğurlar – hər biri ayrı-ayrılıqda fərqli intellekt və imza sahibi olan böyük kollektivin mütəşəkkil əməyinin nəticəsi olmaqla yanaşı, təbii ki, əməkdaşlarını yumruq kimi bir ovucda cəmləyən və belə bir səviyyəyə çatdıran məharətli rəhbərin parlaq təşkilatçılıq qabiliyyətinin bəhrəsidir. Bu gün gözlərimiz qarşısında yaşanan bəzi məmur özbaşınalıqlarının insanlığa yaraşmayan acı mənzərələrini müşahidə etdikcə, hər sahədə idarəçiliyin vicdan və vətəndaşlıq heysiyyətinə dayaqlanmasının başlıca amili, həyatımızı, milli varlığımızı, taleyimizi bu, yaxud digər mənada şərtləndirən dövləti və milli məsələ olduğunu anlayır, yaxşılarımızı qoruyub dəyərləndirməyə borclu olduğumuzu dərk edirik.

Seçdiyi peşəyə sevgi və fədakarlığı ilə milli jurnalistikamızın təməlini qoymuş böyük Həsən bəy Zərdabinin yolunu şərəflə davam etdirən Aslan Aslanovun, onun böyük, işıqlı kollektivinin öz fəaliyyəti ilə ölkəmiz və xalqımız üçün hansı üfüqlər açdığı bu gün tarixin yaddaşına həkk olunmaqdadır. Bizə isə bu bahar qoxulu bayram ərəfəsi öz ikinci baharına qədəm qoyan nurlu kollektivə öz təbriklərimizi çatdırmaq, arzularımızı yetirmək qalır.

Yolunuz niyyətiniz kimi işıqlı olsun! Doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi xəbərinin ilk müjdəçisi məhz AZƏRTAC olsun!

Xalq yazıçısı Afaq Məsud

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub