“D230” blokunda seysmik tədqiqatların interpretasiyaları yekunlaşmaq üzrədir
AzerTAg.az

Bakı, 26 yanvar, AZƏRTAC
“D230” blokunda seysmik tədqiqatların interpretasiyaları yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
Bundan sonra gələcəkdə kəşfiyyat quyusunun qazılıb-qazılmaması və ya harada qazılacağı məsələsi barədə qərarların qəbul olunacağını vurğulayan B.Aslanbəyli qeyd edib: “Qazma fəaliyyəti kifayət qədər genişdir. Ancaq qazma qabiliyyəti qeyri-məhdud deyil, çünki bu, ciddi investisiya tələb edir. Biz bu gün istər “D230” blokuna, istərsə də “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarına kompleks şəkildə baxırıq. İnvestisiyaların prioritetliyi və məhsuldarlığı nöqteyi-nəzərindən bu barədə də qərar qəbul edəcəyik”.
Xəbərin mətnində orfoqrafik səhv var