İQTİSADİYYAT
DAŞKƏNDDƏ XOCALI FACİƏSİ İLƏ ƏLAQƏDAR ANMAMƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Özbəkistandakı səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası ilə birgə Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Daşkənddəki Azərbaycan məscidinin mollası Mirtahir Talışxanov onların ruhuna dualar oxumuşdur.
Səfirliyin müvəqqəti işlər vəkili Zəbi Axundov Xocalı şəhərinin müdafiəçiləri və dinc sakinlərinə qarşı törədilmiş cinayət haqqında məlumat vermiş, bu soyqırım və ermənilər tərəfindən həyata keçirilmiş digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyinin qeyd etmişdir.
Soydaşlarımızdan Yusif Əliyev, Kamil Kərimov, Həmid Hüseynov bu vəhşiliyin bəşəriyyətə qarşı yönəldiyini bildirmiş, cinayətkarları ittiham etmişlər.
Sonda “Xocalı-Əsrin faciəsi” sənədli filmi göstərilmiş, iştirakçılara faciə ilə əlaqədar məlumatlar toplusu paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]