CƏMİYYƏT
DAŞKƏND ABŞ VƏTƏNDAŞLARI BARƏDƏ AXTARIŞ ELAN ETMİŞDİR
Respublikanın Baş prokurorluğundan AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Maqsudi Özbəkistanda gəlirlərin qanunsuz leqallaşdırılmasında, fırıldaqçılıqda, vergidən yayınmada və külli miqdarda rüşvət almaqda günahlandırılır. O, həm də Amerikanın iri şirkətləri ilə qanunsuz alış-veriş sistemi təşkil etməkdə təqsirli bilinir. Bu faktları təsdiqləyən bütün sənədlər ABŞ-ın Baş prokuroruna göndərilmişdir.
Maqsudilər 10 il əvvəl Özbəkistanda “Koka-kola” istehsalına başlamış və respublikada nüfuzlu biznesmen kimi tanınmışlar. Ata Maqsudinin Özbəkistan Prezidenti İslam Kərimovun böyük qızı ilə evlənməsi ailənin biznesinin daha da çiçəklənməsinə səbəb olmuşdur. Lakin onlar boşandıqdan sonra vəziyyət dəyişmişdir. Maqsudilərin təkcə Özbəkistanda yox, habelə qonşu Əfqanıstanda törətdikləri fırıldaqları üzə çıxdıqdan sonra onlar təcili surətdə ABŞ-a qayıtmalı olmuşlar.