Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“DÇ 2018”: Fransa millisi ikinci dəfə dünya çempionu adını qazanıb YENİLƏNİB VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Qaliblərin mükafatlandırılması mərasimində FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak ediblər.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Nəhayət, çempionatın ən çox gözlənilən anı yetişib. FIFA prezidenti Canni İnfantino XXI dünya çempionu olan Fransa yığmasının kapitanı Uqo Lorisə mundialın kubokunu təqdim edib.

Qeyd edək ki, çempionatın ən məhsuldar futbolçusu İngiltərə yığmasının hücumçusu Harri Keyn olub. O, rəqib qapılarına 6 dəfə yol tapıb.

Beləliklə, iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda start götürən XXI dünya çempionatı iyulun 15-də elə həmin arenada da Fransa yığmasının çempionluğu ilə başa çatıb.

Növbəti - XXII dünya çempionatı 2022-ci ildə Qətər Dövlətində keçiriləcək.

20:56

Oyunun qalan dəqiqələrində əlavə qol olmayıb və matç Fransa yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, futbol üzrə XXI dünya çempionatın finalında Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa seçməsi tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Fransızlar son 20 ildə oynadığı üçüncü final qarşılaşmasının ikisində qalib gəlməyi bacarıblar.

Fransa yığmasının baş məşqçisi Didye Deşam 1998-ci ildə kapitan kimi qazandığı dünya çempionluğunu bu dəfə baş məşqçi kimi əldə edib.

20:29

Matçın 65-ci dəqiqəsində Kaylian Mbappe Fransa millisinin dördüncü qolunu Xorvatiya yığmasının qapısından keçirib. Luka Hernandesdən ötürmə alan Kaylian Mbappenin qüvvətli zərbəsi qapıçı Daniel Subaşiç üçün əlçatmaz olub - 4:1.

Bu qol Kaylian Mbappe üçün xüsusilə əlamətdar olub. Belə ki, o, braziliyalı Peledən sonra final qarşılaşmasında 20 yaşına çatmamış fərqlənən ikinci futbolçu kimi tarixə düşüb.

Lakin Xorvatiya yığmasının bu qola cavabı çox gecikməyib. Oyunun 69-cu dəqiqəsində qapıçı Uqo Lorisə pressinq tətbiq edən Mario Mandzukiç qolkiperin səhvindən istifadə edərək hesab arasındakı fərqi azaldıb - 4:2.

20:22

Oyunun 52-ci dəqiqəsində Fransa yığmasının sağ cinahdan hücumu zamanı Kaylian Mbappe Domaqoy Vidanı keçərək qapıya zərbə imkanı tapsa da, Daniel Subaşiç topu dəf edə bilib.

Matçın 59-cu dəqiqəsində Fransa seçməsi hesab arasındakı fərqi iki topa çatdırıb. Sürətli əks-hücum zamanı Mbappenin ötürməsindən sonra rəqibin cərimə meydançasında topu qəbul edən Antuan Qrizman onu ram edərək Pol Poqbaya ötürüb. İlk zərbəsi müdafiəçi Lovrendən geri qayıdan Pol Poqba ikinci cəhdində topu qapıya göndərməyi bacarıb - 3:1.

20:10

Hazırda final matçında ikinci hissə oynanılır. Fasilədən sonra ilk təhlükəli vəziyyəti Fransa yığması yaradıb. Matçın 46-cı dəqiqəsində Mbappenin ötürməsindən sonra Antuan Qrizmanın zərbəsini qapıçı Subaşiç tutub.

Bu qoldan 1 dəqiqə sonra Xorvatiya yığmasının hücumu zamanı İvan Perişiçin gözəl ötürməsindən sonra Ante Rebiçin qüvvətli zərbəsini fransalı Uqo Loris çətinliklə dəf edərək auta göndərib.

Oyunun 49-cu dəqiqəsində Xorvatiya millisinin növbəti hücumu zamanı rəqibin cərimə meydançasına daxil olan Mario Madzukiçin qarşısını müdafiəçilər son anda ala biliblər.

19:50

Xorvatiya yığması görüşün 45+1-ci dəqiqəsində hesabı bərabərləşdirmək üçün gözəl imkan yaratsalar da, bundan yararlana bilməyiblər. Domaqoy Vida küncdən zərbədən verilən hava ötürməsindən sonra topa başla istədiyi zərbəni endirə bilməyib.

Beləliklə, matçın ilk hissəsi Fransa yığmasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Fransızlar birinci hissədə rəqib qapısına bir dəqiq zərbə endirmələrinə baxmayaraq, öz aktivlərinə iki qol yazdırmağı bacarıblar.

19:38

Matçın 34-cü dəqiqəsində Fransa yığmasının yerinə yetirdiyi küncdən zərbə ilə cərimə meydançasına ötürmə zamanı topun İvan Perşiçin əlinə dəyməsi ilə əlaqədar yaranan mübahisləi vəziyyət VAR sistemi ilə yenidən dəyərləndirilib.

Argentinalı referi Nestor Pitananın matçın 38-ci dəqiqəsində Xorvatiya yığmasının qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Antuan Qrizman Fransanı yenidən hesabda irəli çıxarıb - 2:1.

19:29

Görüşün 27-ci dəqiqəsində xorvatiyalıların sürətli əks-hücumu zamanı İvan Perişiçə qarşı kobudluq edən Nqolo Kante sarı vərəqə ilə cəzalandırılıb.

Xorvatiyalıların yerinə yetirdiyi cərimə zərbəsi ilə başlayan hücumda cərimə meydançasına ötürülən topu Domaqoy Vida İvan Perişiçə göndərib. Topu qüvvətli zərbə ilə qapıya göndərən İvan Perişiç matçda hesabı bərabərləşdirib - 1:1.

19:25

Qoldan sonra hesabı bərabərləşdirmək üçün təzyiqləri daha da artıran Xorvatiya yığmasının matçın 24-cü dəqiqəsində təşkil etdiyi hücum zamanı Mario Mandzukiçdən ötürmə alan İvan Rakitiçin qüvvətli zərbəsindən sonra top qapıdan aralı keçib.

19:19

Matçın 19-cu dəqiqəsində Fransa millisi görüşdə hesab açıb. Oyunun 19-cu dəqiqəsində Antuan Qrizmanın yerinə yetirdiyi cərimə zərbəsindən hava ötürməsindən sonra Rafael Varanın başla qapıya göndərdiyi top Mario Mandzukiçə toxunduqdan sonra qapıya daxil olub - 1:0.

19:15

Xorvatiyalılar oyuna daha fəal başlayıblar. Matçda ilk təhlükəli vəziyyəti də xorvatiyalılar yaradıblar. Matçın 12-ci dəqiqəsində İvan Rakitiçin rəqibin cərimə meydançasına hava ötürməsindən sonra İvan Perişiç topu istədiyi kimi ram edə bilməyib və top meydanı tərk edib.

19:00

İyulun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının finalında Fransa və Xorvatiya milliləri qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda oynanılan görüşdə fransızlar ikiqat dünya çempionu olmaq, xorvatiyalılar isə kuboku ilk dəfə başları üzərinə qaldırmaq üçün mübarizə aparırlar.

XXI dünya çempionatının sonuncu - 64-cü oyununda Fransa yığmasının heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafael Varan, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.

Xorvatiya millisinin start heyətində isə meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mandzukiç yer alıblar.

Oyunu argentinalı referi Nestor Pitana idarə edir.

Bu matç müəyyən mənada Xorvatiya yığması üçün revanş xarakteri daşıyır. Balkan təmsilçisi mundiallarda debüt etdiyi 1998-ci ildəki çempionatın yarımfinalında məhz ev sahibi Fransaya məğlub olub. Həmin görüşdə 1:2 hesabı ilə uduzan xorvatiyalılar üçüncü yer uğrunda matçda Niderlanda qalib gələrək (2:1) bürünc medallara layiq görülüblər. “Fransa 1998”də rəqib qapılarına 6 dəfə yol tapan xorvatiyalı hücumçu Davor Şuker çempionatın ən məhsuldar futbolçusu olub.

Xorvatiyalılar həmin dünya çempionatından sonra 2002-ci, 2006-cı və 2014-cü illərdəki mundiallarda iştirak hüququ qazansa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması isə indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

Builki mundialda heyətinin əksəriyyəti gənc futbolçulardan ibarət olan Fransa yığması finala vəsiqə qazanmaqla yeni rekord müəyyənləşdirib. Belə ki, Fransa millisi son 20 il ərzində dünya və Avropa çempionatları da daxil olmaqla ümumilikdə 5 dəfə finalda oynamaq hüququ qazanıb.

“Rusiya 2018”də mübarizəyə “C” qrupunda başlayan Didye Deşamın yetirmələri Avstraliyanı 2:1, Perunu isə 1:0 hesabı ilə məğlub ediblər. Üçüncü görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrup birincisi kimi səkkizdəbir finala yüksələn Fransa millisi bu mərhələdə Argentina yığmasını mübarizədən kənarlaşdırıb - 4:3. Fransa yığması dörddəbir finalda Uruqvayı (2:0), yarımfinalda isə Belçikanı (1:0) məğlub edərək tarixində üçüncü dəfə dünya çempionatının finalına yüksəlib.

XXI dünya çempionatının “D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiya (2:1) seçmələrinə qalib gələn xorvatiyalılar qrup mərhələsində 9 xal toplayan üç komandadan biri olub. Qrup birincisi kimi səkkizdəbir finala çıxan Xorvatiya yığması finala gedən yolda keçirdiyi bütün görüşlərin əsas vaxtında qalib gələ bilməyib. Səkkizdəbir finalda Danimarka ilə 1:1 hesablı heç-heçə edən Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib - 3:2. Balkan təmsilçisi eyni aqibəti dörddəbir finalda Rusiya yığmasına yaşadıb. Belə ki, 2:2 hesablı heç-heçədən sonra xorvatiyalılar yenə də 11 metrlik cərimə zərbələri seriyasında qələbə qazanıblar - 4:3. İngiltərə millisi ilə yarımfinal matçının 4-cü dəqiqəsində öz qapısında top görməsinə baxmayaraq, möhtəşəm geri dönüş edən Balkan təmsilçisi 68-ci dəqiqədə İvan Perişiçin zərbəsi ilə hesabı bərabərləşdirib, 109-cu dəqiqədə isə Mario Mandzukiçin qolu ilə tarixində ilk dəfə finala yüksəlib.

Xatırladaq ki, XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə Belçika millisi İngiltərə seçməsini 2:0 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub. Çempionatın ən məhsuldar komandası və futbolçusu adları məhz bu iki komandaya məxsusdur. Belə ki, Belçika millisi ən çox qol vuran (16) komanda, ingilislərin hücumçusu Harri Keyn isə ən çox fərqlənən (6 qol) futbolçudur.

“DÇ 2018”: Fransa millisi ikinci dəfə dünya çempionu adını qazanıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub