ELM VƏ TƏHSİL


DİM: Sınaq imtahanına qeydiyyat bu həftə başa çatır

DİM: Sınaq imtahanına qeydiyyat bu həftə başa çatır

Bakı, 27 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi (I, II, III və IV ixtisas qrupları) üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanına qeydiyyat yanvarın 29-da saat 23:59-da başa çatacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Birinci ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, üçüncü ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.