ELM VƏ TƏHSİL


DİM diplomatik xidmətə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən namizədlərə müraciət edib

Bakı, 17 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü namizədlər tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.