ELM VƏ TƏHSİL


DİM: rezidenturaya qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

Bakı, 5 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (ikinci cəhd) nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına avqustun 6-8-də müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.