ELM VƏ TƏHSİL


DİM tərəfindən 9 illik orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir

Bakı, 16 iyun, AZƏRTAC

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Xətai, Xəzər, Yasamal rayonlarında, həmçinin Beyləqan, Gədəbəy, Göyçay, Göygöl, Masallı, Oğuz, Salyan, Tovuz, Xaçmaz rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar saat 11:00-da başlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 105 imtahan binası, 1853 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 105 ümumi imtahan rəhbəri, 297 imtahan rəhbəri, 2313 nəzarətçi-müəllim, 210 buraxılışı rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 23 min 920 şagirdin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.