DİNA QORİNA YENİYETMƏLƏRİN RESPUBLİKA OYUNLARININ QALİBİDİR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mütləq birincilikdə və proqramın digər dörd növündə Bakı gimnastika məktəbinin yetirməsi Dina Qorina qalib gəlmişdir – 95,6 bal. Bakı gimnastika məktəbinin – “Neftçi”nin yetirməsi Vəfa Hüseynova çoxnövçülükdə və ayrı-ayrı hərəkətlərdə 93,55 bal toplayaraq ikinci yerə çıxmışdır. “Həmkarlar İttifaqları”ndan Alina Tryopina şəxsi hesabda və topla hərəkətlərin yerinə yetirilməsində çıxışlarına görə 87,25 balla üçüncü olmuşdur. Gürzlərlə (21,5 bal) və lentlə (20,2 bal) çıxış edən Anastasiya Prosolova (Respublika kompleks məktəbi) bürünc medala layiq görülmüşdür.
Bakı çempionu Valeriya Yeqay müsabiqədənkənar yarışmışdır. Gimnast iyunun əvvəllərində Kiyevdə keçiriləcək Avropa çempionatına hazırlıq mərhələsi kimi nəzərdə tutulan turnirdə bütün növlərdə rəvan çıxış etmişdir.