DÜNYA
DİNİ MÖVZUDA BƏDİİ FİLMİN ÇƏKİLMƏSİNƏ 2 MİLYON ABŞ DOLLARI AYRILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin din işləri qurumu dini mövzuda bədii filmin çəkilməsi üçün 2 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını, başqa sponsorların da iştirakı ilə bu məbləğin xeyli arta biləcəyini bildirmişdir.
Qurumun yayımlar idarəsinin müdiri Əhməd Onay bu məsələyə aydınlıq gətirərək demişdir ki, İslam dini ilə əlaqədar ABŞ-ın Hollivud studiyalarında “Message”, “Ömər Muxtar” kimi maraqlı filmlər çəkilmişdir. Bu filmlərin əsas sponsoru Liviya Xalq Cəmahiriyyəsinin lideri Müəmmər Qəzzafi olmuşdur. Ancaq uzun illərdir ki, bu mövzuda bədii film çəkilmir. Buna görə, Türkiyənin din işləri qurumu belə bir təşəbbüslə çıxış etmişdir.
Əhməd Onayın sözlərinə görə, hazırda dini mövzuda bədii film üçün təklif olunan ssenarilər nəzərdən keçirilir. Lakin hələlik onlardan bəyəniləni yoxdur. Təşkilatçılar müasir dövrə uyğun ssenari axtarırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]