CƏMİYYƏT
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin üstü açılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 26 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması da təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, altı nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.