CƏMİYYƏT


DİN: Sumqayıtda müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır

DİN: Sumqayıtda müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır

Bakı, 21 may, AZƏRTAC

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.