CƏMİYYƏT


DİN: Yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatı satan iki satıcısı cərimələnib

Bakı, 28 aprel, AZƏRTAC

Polis orqanları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.

Polis əməkdaşları tərəfindən həmin mağazaların iki satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilib və onların hər biri 100 manat məbləğində cərimə olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.