İDMAN


DİN-in əməkdaşı Çin döyüş sənətləri üzrə dünya çempionatında fərqlənib

Bakı, 16 iyul, AZƏRTAC

ABŞ-ın Orlando şəhərində Çin döyüş sənətləri üzrə dünya çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, milli komandamızın tərkibində mübarizə aparan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Sanda versiyası üzrə Dominikan Respublikası, İtaliya və ABŞ-dan olan idmançılarla qarşılaşan təmsilçimiz dünya çempionatının bürünc medalına sahib olub.

Mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edən İ.Nəcəfli ikiqat dünya və Avropa çempionu, Avrasiya birinciliyinin qalibi, dünya kubokunun sahibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.