CƏMİYYƏT


“DOST” mərkəzinə 10 mininci müraciət daxil olub

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinə 10 mininci vətəndaş müraciəti qeydə alınması ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, həmin müraciət paytaxtın Səbail rayon sakini Mehman Nəsibov tərəfindən edilib. O, birdəfəlik maddi yardımla əlaqədar mərkəzin xidmətindən faydalanıb.

Bununla əlaqədar olaraq keçirilən tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov çıxış edərək “DOST” mərkəzinin fəaliyyət göstərdiyi altıncı həftədə bu xoş təsadüfün III qrup əlil Mehman Nəsibova nəsib olduğunu bildirib. Mərkəzin ötən müddətdəki fəaliyyəti, edilən vətəndaş müraciətləri və onlara göstərilən xidmət səviyyəsi barədə məlumat verən sədr 10 mindən atıq vətəndaşa xidmət göstərdiklərinin yaxşı nəticə olduğunu bildirib. Sonra o, 10 mininci müraciətin sahibi Mehman Nəsibova simvolik hədiyyə və taksidən pulsuz istifadə etmək üçün 100 manat məbləğində kart təqdim edib.

Mehman Nəsibov dövlət sosial xidmətləri “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən mərkəzin fəaliyyəti, burada vətəndaşların məmnunluq və rahatlığı üçün hər cür şərait yaradıldığı barədə razılığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.