REGİONLAR
DÖVLƏT BAYTARLIQ XİDMƏTİ ELMİ-TEXNİKİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iclasda “Quş qripi xəstəliyi əleyhinə aparılan tədbirlər və qarşıda duran vəzifələr”, “Baytarlıqda kadr çatışmazlığı və onun həlli yolları”, “Respublikada epizootiya əleyhinə tədbirlərin aparılması üçün keçiriləcək tenderə təklif olunan bioloji preparatlar və diaqnostikumlar” mövzularında məsələlər müzakirə olunmuşdur.
Xidmət rəisinin müavini Emin Şahbazovun, epizootiya əleyhinə respublika ekspedisiyasının rəisi Rafiq Muradovun məruzələri dinlənilmişdir.
Müzakirələrdə xidmət rəisinin müavini Rəşid Abbasov, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Xalid Bayramov, Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun direktoru Çingiz Əhmədov, Brusellyoz və vərəmə qarşı respublika ekspedisiyasının rəisi Kliment Əsədov və başqaları çıxış etmişlər.
Müzakirə olunan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmış, mövcud problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülmüş, müvafiq qərar qəbul edilmişdir.