DÜNYA


D.Peskov Rusiya və Türkiyə prezidentlərinin münasibətlərini yüksək qiymətləndirib

D.Peskov Rusiya və Türkiyə prezidentlərinin münasibətlərini yüksək qiymətləndirib

Moskva, 30 yanvar, AZƏRTAC

Rusiya və Türkiyə prezidentləri arasında xüsusi münasibətlər var.

AZƏRTAC xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə fikir söyləyib. O bildirib ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimad və hörmətə əsaslanan xüsusi münasibətlər var. “Sözünün üstündə durmaq, öhdəliklərin yerinə yetirilməsi hər iki tərəfdən qiymətləndirilir”, - deyə D.Peskov vurğulayıb.

Kremlin sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron barədə dediklərinin şərhindən imtina edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.