CƏMİYYƏT
DST Tərəfdaşlarının Birinci Forumu dünyada sağlamlığın mühafizəsi məsələlərində əməkdaşlığa yeni çağırışlarla çıxış edib
Bakı, 10 aprel, AZƏRTAC
Bütün dünyada sağlamlığın mühafizəsi sahəsində ən mühüm problemlərin həlli üçün Dünya Səhiyyə Təşkilatı (DST) hökumətləri və səhiyyə sahəsində olan dünya liderlərini tərəfdaşlığın təkmilləşdirilməsinə və DST-nin tibbi-sanitar xidmətlərinin təminatı və 2023-cü ildə milyardlarla insanın müdafiəsi istiqamətində fəaliyyəti ilə bağlı resursların mobilizasiyasının effektivliyinin yüksəldilməsinə çağırıb.
AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, Stokholmda İsveç hökuməti ilə birgə ikigünlük DST Tərəfdaşlarının Birinci Forumu keçirilir.
Bu tədbirin nəticəsi qabaqcadan proqnozlaşdırma və çeviklik amilləri xüsusi vurğulanmaqla, tərəfdaşlığın təkmilləşdirilməsi və DST-nin fəaliyyətinin maliyyələşdirilməsinin effektivliyinin yüksəldilməsinə yanaşmada ümumi anlaşmanın əldə edilməsi olacaq.
Dövlət sektorunu, sağlamlıq naminə tərəfdaşlığı və qeyri-hökumət strukturlarını təmsil edən səhiyyə və inkişaf sahəsinin qlobal liderləri DST-nin resurslarının təmin edilməsinə istiqamətlənmiş yeni əməkdaşlıq və innovasiyalar erasının başlanmasını bildirirlər. Təşkilatın işinin 13-cü ümumi proqramına müvafiq olaraq, 2023-cü ilədək olan dövrdə DST-yə 14,1 milyard ABŞ dolları həcmində maliyyələşmə lazım olacaq.
Təşkilatın işinin 13-cü ümumi proqramının əsasında “üç milyard” hədəfləri durur. Buraya 2023-cü ilədək əlavə olaraq 1 milyard insan üçün ümumi səhiyyə xidmətlərinin, 1 milyard insan üçün fövqəladə hallarda səhiyyə sahəsində daha effektli müdafiənin təmin edilməsi və daha 1 milyard insan üçün sağlamlığın və rifah halının səviyyəsinin yüksəldilməsi daxildir.
İsveçin beynəlxalq əməkdaşlıq naziri Peter Erikson deyib: “DST Tərəfdaşlarının Birinci Forumu bizə dünyada sağlamlığın mühafizəsinə olan müasir təhdidlərin açıq müzakirəsini aparmağa imkan verən tarixi hadisədir. Əgər sağlamlığın mühafizəsi sahəsində dünyanın cari və gələcəkdə baş verəcək çağırışlarının öhdəsindən gəlməsini istəyiriksə, o zaman biz DST-nin təchiz olunmasını təmin etməliyik ki, qlobal cavab hərəkətlərinə başçılıq etməkdən ötrü ona lazım olan dəstəkdən istifadə edə bilsin.