DÜNYA
DÜNYA İQTİSADİYYATI NEFTİN QİYMƏTİNİN ARTDIĞI DÖVRƏ DAXİL OLMUŞDUR
Bununla belə, onlar neftin qiymətinin hissediləcək dərəcədə aşağı düşəcəyi (bu ilin ikinci rübündə bir barrel üçün 20-15 dollar) barədə əvvəlki fərziyyələri bir daha nəzərdən keçirmişlər. Ümumi nəticə isə belədir ki, birjalarda bir barrel neftin qiyməti 30 səviyyəsində olacaq, hətta daha yüksək həddə qalxacaqdır.
Bəzi ekspertlərin fikrincə, dünya iqdisadiyyatı neftin qiymətinin yüksək və sabit olduğu bir dövrə qədəm qoyur. Bunu ikinci rübdə dünyada neft istehlakının artmasını bir daha nəzərdən keçirən (gündə 78,3 milyon barrel) Beynəlxalq Energetika Agentliyi (BEA) dolayı yolla təsdiqləmişdir.
Neftin qiymətinin artması təkcə İraqda vəziyyətin gərginləşməsi və Çinin “qara qızıl”a olan tələbatının atrması ilə deyil, həm də Səudiyyə Ərəbistanının neft ehtiyatlarının rəsmən hesab edildiyindən daha az olması barədə son vaxtlar dünya bazarında yayılan informasiya ilə də bağlıdır.