İDMAN
DÜNYA ŞAHMAT ÇEMPİONATINDA AZƏRBAYCANI 6 İDMANÇI TƏMSİL EDƏCƏK
Noyabrın 8-də İstanbulda başlanacaq gənclər arasında şahmat üzrə dünya çempionatında Azərbaycan yığmasını 6 idmançı – Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Nicat Məmmədov, Fərid Zeynalov, Türkan Məmmədyarova və Nərgiz Umudova təmsil edəcəklər. Respublika Şahmat Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışların qalibi Xantı-Mansıda keçiriləcək Dünya kuboku yarışlarında iştirak edəcəkdir. Noyabrın sonlarına nəzərdə tutulan bu yarışlara vəsiqə qazanmaq üçün qrossmeyster Şəhriyar Məmmədyarovun daha böyük imkanları var.
Xatırladaq ki, digər tanınmış şahmatçımız Teymur Rəcəbov artıq Dünya kuboku yarışlarına vəsiqə almışdır.