SİYASƏT
DÜŞMƏN CAVAB ATƏŞİ İLƏ SUSDURULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 8-də saat 10.40-dan 10.45-dək İcevan rayonunun Sarakpikaş dağının 0,8 kilometr şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi yaxınlığındakı mövqelərini, saat 12.26-da Qazax rayonunun Bağanis Ayrım kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, saat 18.50-də Noyamberyan rayonunun Berdavan kəndinin 1,6 kilometr şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı mövqelərini, martın 9-da saat 2.09-da İcevan rayonunun Berkaber kəndinin 1 kilometr şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndləri yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.