DÜNYA
DÜZGÜN QİDALANMAMAQ UŞAQLARIN BOYUNA TƏSİR GÖSTƏRİR
İranda şagirdlərin boyu dünya standartlarında qəbul ediləndən orta hesabla 15 faiz aşağıdır və bütövlükdə onların yaşına uyğun gəlmir.
İranın Təhsil Nazirliyinin nümayəndəsi Məhəmməd Heyrətmənd yeni televiziya ilə belə qeyri-adi bəyanatla çıxış etmişdir. Onun sözlərinə görə, iranlı uşaqlar son 30 il ərzində xaricdəki həmyaşıdları ilə müqayisədə boyca kiçik olmuşlar. Bunun əsas səbəbi isə düzgün qidalanmamaq, o cümlədən hamiləlik dövründə anaların normal qidalanmaması olmuşdur. Süd və süd məhsulları boy artımı üçün həyati əhəmiyyətə malikdir. Lakin İranda bu məhsullardan kifayət qədər istifadə edilmir, bu da öz növbəsində uşaqların düzgün böyüməsi üçün zəruri olan proteinin, kalsiumun və vitaminlərin çatışmazlığına gətirib çıxarır. İTAR-TASS-ın verdiyi xəbərə görə, hər bir iranlıya ildə orta hesabla təxminən 80 kiloqram süd məhsulu düşür, halbuki dünyanın inkişaf etmiş ölkələrində bu göstərici 120 kiloqramdır. Əksinə, inkişaf etmiş ölkələrin sakinləri ilə müqayisədə iranlılar şəkərdən 40 faiz, qızardılmış məhsullardan isə 30 faiz çox istifadə edirlər.