ELM VƏ TƏHSİL


Daha 10 təhsil müəssisəsində Məktəbin İnkişaf Planı hazırlanır

Daha 10 təhsil müəssisəsində Məktəbin İnkişaf Planı hazırlanır

Bakı, 6 mart, AZƏRTAC

Təhsil İnstitutu daha 10 təhsil müəssisəsində Məktəbin İnkişaf Planının (MİP) hazırlanması prosesinə başlayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar 91, 111, 159, 162, 238, 242, 260, 265, 276 və 284 nömrəli məktəblərin direktor və direktor müavinləri ilə görüş keçirilib. Görüşün məqsədi məktəblərin rəhbərlərini MİP-in yazılması və icra prosesi ilə tanış etmək, atılacaq addımları planlaşdırmaq olub. Görüşdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxış edərək MİP-in hazırlanmasının məqsədi və üstünlüklərindən danışıb. Direktor bu sahədə institutun təcrübəsini paylaşıb və məktəb rəhbərlərinə lazımi tövsiyələr verib. Həmçinin MİP-in yazılması və icrası zamanı qarşılıqlı əməkdaşlığın necə qurulacağı haqqında danışıb.

Görüşdə institutun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva məktəblərdə yaradılacaq MİP komandasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra məktəb rəhbərlərinin sualları cavablandırılıb, Təhsil İnstitutunun bu məktəblərə göstərəcəyi metodik dəstəyin forma və məzmunu müzakirə edilib. Görüşün sonunda həmin məktəblərdə metodik dəstəyin başlanma tarixləri müəyyənləşdirilib.

Qeyd edək ki, Təhsil İnstitutunun TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə MİP-in hazırlanması və icrası sahəsində fəaliyyətinə artıq keçən tədris ilindən başlanılıb və bu il məktəblərin sayı 20-yə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.